“Azərbaycanda qazancım 5 dəfə çox idi”
11.09.2013 - 11:21
Avropa çempionatının 1/4 finalı öncəsi ev sahiblərindən Almaniya millisinin voleybolçusu Korina Suşke Azərbaycanı yada salıb. Apasport.az saytının məlumatına görə, ötən mövsümü “Lokomotiv”də keçirən və yeni ildə ana olmağa hazırlaşan 29 yaşlı oyunçu ölkəmizə gəlməsinin səbəblərini açıqlayıb.
O bildirib ki, Bakı klubları digər komandalarla müqayisədə yaxşı maliyyə imkanlarına malikdir: “Azərbaycanda təklifi ona görə qəbul etdim ki, bu variant ağlasığmaz idi. Böyük pulların olduğu Azərbaycan çox maraqlı ölkədir. Orada dünyanın ən güclü liqalarından birini yaratmağa çalışırlar”.
Suşke legioner həyatı yaşadığı ölkələri də müzakirə edib: “Müxtəlif ölkələrdə qazandığım pulları müzakirə edəndə görürəm ki, İtaliyada Almaniyadakından 2 dəfə artıq qazanırdım. Çexiyada bu fərq 3, Azərbaycanda 5 dəfə artıq idi. Bakı təmsilçisindəki karyeram isə mənim ən çətin sınaqlardan olub”.
Qeyd edək ki, Suşke “Lokomotiv”lə hansısa uğur qazana bilməyib.

0
0