Azərbaycanlı hakim Avropa çempionatının 1/4 finalında
11.09.2013 - 12:45
Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında Almaniya və İsveçrədə keçirilən Avropa çempionatında növbəti təyinatını alıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası qitə birinciliyində D qrupu və pley-off oyunlarında güvəndiyi ədalət təmsilçimizə yenə etimad göstərib.
Belə ki, həmyerlimiz Avropa çempionatının 1/4 finalında da hakimlik edəcək. Zülfüqarovun az öncə açıqlanan siyahıda Serbiya – İtaliya görüşündə də referilik funksiyasını yerinə yetirəcəyi bilinib. O, analoji yarışın son qalibinin apenninlilərlə oyununda hollandiyalı Frans Loderusa yardım edəcək.
Qeyd edək ki, Zülfüqarov bundan öncə Şverində keçirilən D qrupunda Serbiya – Çexiya matçında (3:0) əsas, Çexiya – Polşa (3:2) və Çexiya – Bolqarıstan (3:2) qarşılaşmalarında köməkçi hakim olub. O, həmçinin pley-off mərhələsində Fransa – Çexiya (3:2) duelində də əsas referilik edib.

0
0