Çempionatımızın 2 qat gümüş mükafatçısı fikrini dəyişdi
14.09.2013 - 15:10
Çempionatımızın 2 qat gümüş mükafatçısı fikrini dəyişdi
Voleybol üzrə Azərbaycan çempionatının 2 qat gümüş mükafatçısı Nansi Metkalf qərarını dəyişib. Apasport.az saytının məlumatına görə, ötən mövsümü “İqtisadçı”da keçirən 35 yaşlı hücumçu yeni mövsümdən oynamayacağını bildirsə də, yenidən karyerasını bərpa edib .

Solaxay oyunçu bu dəfə Asiyaya üz tutub. O, Yaponiya A2 seriyanda mübarizə aparan “Ageo Medics”lə anlaşaraq, 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Nansi 2010-2012-ci illərdə “Lokomotiv”də forma geyinib. Ötən il “dəmiryolçular”la “Çelenc Cup”ın qızıl, Super Liqanın gümüş medalını qazanan amerikalı “tələbələrlə” də Azərbaycan çempionatda fəxri kürsünün ikinci pilləsinə yüksəlib.