London Olimpiadasının ikincisi Azərbaycanı tərk etdi
14.09.2013 - 16:22
London Olimpiadasının ikincisi Azərbaycanı tərk etdi
“Lokomotiv”in sabiq voleybolçusu Tamari Miyaşiro özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı amerikalı libero karyerasını Almaniyada davam etdirəcək.

Millisi ilə London Olimpiadasının finalında uduzan Miyaşiro “Rote Raben” klubu ilə anlaşaraq, 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, dəmiryolçular daha öncə Ju Kosta (Braziliya), Maret Qrotues (Hollandiya), Meri Spayser (ABŞ), Tatyana Artmenko (İsrail), Mixaela Monzoni, Aneta Havlikova (hər ikisi Çexiya) və Yuliya Tsvetkova (Andruşka, Rusiya) ilə də müqaviləni uzatmaqdan imtina etmişdi. Həmçinin, Bakı klubunun aparıcı üzvü Korina Suşke (Almaniya) Avropa çempionatından sonra analıq məzuniyyətinə çıxacağından karyerasında fasilə yaranacaq.