12 ildən sonra
15.09.2013 - 08:55
12 ildən sonra
Qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Almaniya və İsveçrədə təşkil olunan yarışın son gününə 2 oyun baş tutub.

III yer uğrunda qarşılaşmada son Avropa çempionu Serbiya ilə Belçika üz-üzə gəlib. Gözlənilmədən yarımfinala yüksələn sonuncular bu qarşılaşmada da sensasiyalı qələbə qazana bilib – 3:2 (23:25, 25:21, 28:26, 21:25). Bununla da Belçika millisi tarixinin ən böyük uğuruna imza atıb.

Çempionatın son görüşündə isə qızıl medalların sahibi müəyyənləşib. Meydan sahibi Almaniya ilə görüşən Rusiya millisi rəqibinə şans verməyib. Yalnız 1 setdə qalib gələn Bundestim şimallıların çox güclü olması qarşısında aciz qalıb. Rusiyalılar son seti finala yaraşmayan hesabla – 11 xal fərqilə udmağı da bacarıb – 3:1 (25:23, 23:25, 25:23, 25:14). Bununla da 2001-ci ildən sonra ilk dəfə çempion adını qazanan şimallılar 12 ildən sonra yenidən qitənin ən yaxşısı olub. Ümumilikdə isə qonşularımız 18-ci dəfə bu titula yiyələnib.

Qeyd edək ki, mübarizəni qrup mərhələsində dayandıran Azərbaycan milli komandası yarışı 15-ci yerdə başa vurub.