Uğursuzluğun nəticəsi: 10-u yola salındı, 9-u alındı
16.09.2013 - 12:47
Uğursuzluğun nəticəsi: 10-u yola salındı, 9-u alındı
“Lokomotiv”in 2013/2014 mövsümü üçün heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, CEV kubokunda ölkəmizi təmsil edəcək “dəmiryolçular” qarşıdakı çempionata yeni baş məşqçi və komandanın 9 debütantı ilə başlayacaqlar.

Komanda rəhbərliyi ötən mövsümdəki uğursuzluğun ardından heyətdə cəmi 3 oyunçu ilə müqaviləni uzadıb. Əvəzində klubun 10 üzvünə (mövsümün gedişində komandadan ayrılanlar nəzərə alınmayıb) “Lokomotiv”də yer olmadığı bildirilib.

Müqaviləsi uzadılanlar: Mariya Filipova (Bolqarıstan), Vera Klimoviç (Belarus), Aleksandra Samoylova (Rusiya)

Gələnlər: Valdone Petrauskayte (Litva), Aleksis Krimes, Lauren Gibbemeyer, Uitni Dosti (hər üçü ABŞ), Sa-Ni Kim (Cənubi Koreya), Gizem Giraygil (Türkiyə), Katarina Barun (Xorvatiya), Suzana Sebiç (Serbiya), Prisilla Rivera (Dominikan Respublikası)

Gedənlər: Ju Kosta (Braziliya), Maret Qrotues (Hollandiya), Tamari Miyaşiro, Meri Spayser (hər ikisi ABŞ), Tatyana Artmenko (İsrail), Mixaela Monzoni, Aneta Havlikova (hər ikisi Çexiya), Yuliya Tsvetkova (Andruşka, Rusiya), Korina Suşke (Almaniya), Olqa Palçevskaya (Belarus)

Toppaylayıcılar: Giraygil, Sa-Ni Kim
Hücumçular: Dosti, Rivera, Samoylova, Barun, Petrauskayte,
Blokçular: Gibbemeyer, Krimes, Klimoviç
Liberolar: Sebiç, Filipova

Baş məşqçi: Kladio Kuello (Argentina)

Qeyd edək ki, “Lokomotiv” son mövsümü 4-cü pillədə başa vurmuşdu.