“Azərbaycanda sevdiklərim var” - MÜSAHİBƏ
16.09.2013 - 15:12
“Lokomotiv”in bolqarıstanlı voleybolçusu Mariya Filipova vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın 31 yaşlı liberosu yenicə başa çatan Avropa çempionatında uğursuzluğundan və Azərbaycan karyerasından danışıb.
- Avropa çempionatından dərhal sonra müsahibə verməkdən imtina etmişdiz. İndi yarışı qrup mərhələsində bitirməklə bağlı nə deyərdiz?
- Hər birimiz bacarığımızın son həddini və Avropa çempionatında nəyə gücümüzün çatdığını bilirik. Düşünürəm ki, komandamız daha artığına nail olmaq iqtidarındaydı. Bunu qarşıdakı dünya çempionatının seçmə oyunlarında nümayiş etdirəcəyik.
- Sizin nəsil voleybolçuların Rio-de-Janeyro-2016-da iştirak etməkdir. Buraya vəsiqə qazanmağınızı mümkün sayırsızmı?
- Mümkünsüz heç nə yoxdur. Lakin əvvəl dünya çempionatı haqda düşünməliyik. Yalnız bundan sonra Olimpiada haqda danışarıq.
- Növbəti mövsümdə də karyeranızı Azərbaycanda davam etdirəcəksiz?
- Bəli, artıq hamı bilir ki, “Lokomotiv”də qalacağam. Mən orada özümü əla hiss edirəm. Azərbaycanda sevdiyim, hörmət etdiyim insanlar var. Mənim üçün vacib olanı da elə budur.
- Karyeranızı başa vurduqdan sonra nə ilə məşğul olmaq istəyirsiz?
- Həmin gün o qədər də çox uzaqda deyil. Bundan sonra şəxsi həyatımı yaşayacam.

0
0