“Onda gərək Oleq Bloxin də Azərbaycana getsin”
17.09.2013 - 08:55
“Onda gərək Oleq Bloxin də Azərbaycana getsin”
Ukrayna futbolunun flaqmanı olan Kiyev “Dinamo”sunun son vaxtlar düşdüyü vəziyyət geniş müzakirələrə səbəb olub. Apasport.az saytının məlumatına görə, ukraynalılar uğursuzluqların əsas səbəbkarı kimi baş məşqçi Oleq Bloxini görür.

Lakin təcrübəli mütəxəssis istefa vermək fikrindən uzaqdır. Ukraynalı həmkarlarımız postundan ikiəlli yapışmasını da səbəbsiz saymır. Həmkarlarımızın Bloxinin istefası haqda təhlilində də bu əks olunub: “Bloxin özü getməyəcək. Ukraynada məşqçi vakansiyaları çox azdır. Bloxin ölkənin top komandalarından yarısına gedə bilməz, birinə isə ümumiyyətlə lazım olmaz. Digər klublar isə onun üçün aşağı səviyyədir. Bloxin Demyanenko deyil ki, “Volın”a getsin. Bircə “Çernomorets” qalır. Amma Bloxin vaxtı ilə orda da çalışıb. Yığmada isə bu post boş deyil, üstəlik indiki rəhbərlik indi onu çağırmaz. Rusiyada uğursuzluğa uğradı, Yunanıstanda maksimum PAOK-a gedə bilər. Onda gərək Yuri Syominin ardınca Azərbaycana getsin, ya da Türkiyəyə, məsələn Milevskinin əbədi qənimi olduğu “Qaziantepspor”a”.