Bakı klublarının Çempionlar Liqasında yolları ayrıldı
17.09.2013 - 10:01
Bakı klublarının Çempionlar Liqasında yolları ayrıldı
Azərbaycanı qadın voleybolçular arasında Çempionlar Liqasında təmsil edəcək klubların ev oyunlarını keçirəcəyi məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakı komandaları rəqiblərini 2 müxtəlif arenada qəbul edəcək.

Belə ki, son illərin dəyişməz Azərbaycan çempionu “Rabitə” azarkeşləri qarşısına yenə “Sərhədçi” Olimpiya Mərkəzində çıxacaq. Onlardan fərqli, Super Liqada “gümüş”ü yarı bölən “Azəryol”la “İqtisadçı” çempionat oyunlarının da keçirildiyi Voleybol Mərkəzində nəyə qadir olduğunu göstərəcək.