Azərbaycan çempionatının mükafatçıları Asiya çempionu oldular
23.09.2013 - 09:08
Azərbaycan çempionatının mükafatçıları Asiya çempionu oldular
Qadın voleybolçular arasında Asiya çempionatının qalibi bilinib. Apasport.az saytının məlumatına görə, yarışın qızıl medalları Tailand millisinə qismət olub.

Onlar həlledici matçda Yaponiyanı 3:0 (25:22, 25:18, 25:17) hesabı ilə məğlub ediblər. Bürünc medallar uğrunda isə Çin Cənubi Koreyaya 2:3 (25:13, 25:17, 21:25, 23:25, 11:15) hesabı ilə uduzub.

Qeyd edək ki, tarixində ikinci dəfə Asiya çempionatının ən güclüsü olan Tailandın heyətində “İqtisadçı” ilə Azərbaycan Super Liqasının gümüş medallarını qazanan Onuma Sittirak, Nutsara Tomkom, Vilavan Apinyaponq, Hyafa Amporn, Pleumjit Zinkaov, Malika Kanzonq və Vanna Buakeva da yer alıblar. Yeni mövsümdə də universitet komandasında oynayacaq Apinyaponq turnirin ən dəyərli voleybolçusu, “Rabitə”yə keçən Tomkom isə ən yaxşı toppaylayıcı seçilib.