“Rabitə” derbidə uduzdu - YENİLƏNİB
12.10.2013 - 19:01
Bakıda keçirilən qadın voleybolçular arasında beynəlxalq turnirdə bu gün II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində öncə meydana “Bursaspor” və “İqtisadçı” klubları çıxıblar.
Oyun gözlənildiyinin əksinə, gərgin mübarizə şəraitində keçib. Matçın belə alınmasında “universitet komandası”nın mövsüm öncəsi yenicə bir araya gəlməsi də mühüm rol oynayıb.
Belə ki, qarşılaşma “Bursaspor”un inamlı oyunu ilə başlayıb və “İqtisadçı” ilk setdə məğlubiyyətə üzülüb. Lakin qonaqların sevinci çox çəkməyib. Türkiyəli baş məşqçimiz Bülənt Karslıoğlunun taktiki dəyişiklikləri həmyerlilərinin uduzması ilə nəticələnib. Əzmkarlıq nümayiş etdirən “İqtisadçı” ilk matçı 3:1 hesabı ilə aktivinə yazıb.
Onların ardınca isə meydan əzəli rəqiblər – “Rabitə” və “Azəryol”un ixtiyarına verilib. Matç son ölkə çempionunun məğlubiyyəti ilə yekunlaşıb. Azərbaycan derbisində Ancelo Vercesinin yetirmələri güclü olublar.
Bundan öncə yoxlama matçında 2:2 hesabı ilə heç-heçə edən “Azəryol” bu dəfə “quru hesablı” qələbəyə sevinib.
12 oktyabr
“Bursaspor” – “İqtisadçı” - 1:3 (25:20; 22:25; 23:25; 25:27)
“Azəryol” – “Rabitə” - 3:0 (25:23, 25:19, 25:23)
Qeyd edək ki, ilk oyun günündə “Azəryol” “Bursaspor”u, “Rabitə” “Azərreyl” 3:0 hesabı ilə məğlub edib.

0
0