Ancelo Vercesi: Bunu bir neçə komanda da arzulayır
12.10.2013 - 15:08
Ancelo Vercesi: Bunu bir neçə komanda da arzulayır
“Mən komandada 2 aydır işləyirəm. Biz artıq bir neçə yoxlama matçı keçirmişik və mən nəticələrdən razıyam”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un baş məşqçisi Ancelo Vercesi deyib.

Braziliyalı mütəxəssis Çempionlar Liqasının start ərəfəsində hədəflərini Avropa Voleybol Konfederasiyasının rəsmi saytına açıqlayıb: “Əsas məqsədimiz Çempionlar Liqasını qazanmaqdır. Amma başa düşürük ki, bizdən başqa bir neçə komanda da bunu arzulayır. Yarışın qrup mərhələsinə tam hazırıq. Çempionlar Liqasında yaxşı start götürməliyik”.