Məcburiyyətdən atılan addım
12.10.2013 - 19:22
Yoxlama matçlarında zəif təsir bağışlayan “Lokomotiv” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” məcburiyyətdən Xorvatiya millisinin aparıcı voleybolçusu Anna Qrbaçı rənglərinə bağlayıblar.
Ötən mövsümün startında “Azərreyl”ə gələn və il başa çatmamış komandadan uzaqlaşdırılan 25 yaşlı toppaylayıcı ilə 1 illik müqavilə imzalanıb. Bununla da “Lokomotiv”də oyun qurucularının sayı 3-ə çatıb. Çox güman ki, Qrbaçın transferi Sa-Ni Kim (Cənubi Koreya) və ya Gizem Giraygilin (Türkiyə) mövsüm start götürməmiş geri qaytarılması ilə nəticələnəcək.
Qeyd edək ki, “Lokomotiv” az öncə heyətini açıqlasa da, yeni transferlər özünü doğrultmur. Argentinalı Kladio Kuellonun baş məşqçi postuna gətirilməsindən sonra Bakı təmsilçisi qələbə nə olduğunu bilmir.

0
0