Sürixdə dünya çempionu bilindi
14.10.2013 - 09:39
Sürixdə dünya çempionu bilindi
İsveçrənin Sürix şəhərində qadın voleybolçular arasında keçirilən klublararası dünya çempionatının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mundialın qalibi adına Türkiyənin “Vakıfbank” klubu layiq görülüb.

Onlar finalda “Unilever”i (Braziliya) məğlub ediblər – 3:0 (25:23, 27:25, 25:16). Bürünc medallar isə “Quançjou Everqrand”a (Çin) nəsib olub. Asiya təmsilçisi üçüncü yer uğrunda ev sahibləri “Volero”ya qalib gəliblər – 3:1 (24:26, 25:23, 25:18, 25:21).

Qeyd edək ki, “Vakıfbank” mundiala Çempionlar Liqasının qalibi kimi vəsiqə qazanmışdı.