Rəqiblərimiz qələbə qazandılar
14.10.2013 - 11:05
Rəqiblərimiz qələbə qazandılar
Qadın voleybolçular arasında Fransa çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, III tur çərçivəsində “Rabitə”nin Çempionlar Liqasındakı rəqibi “Beziers” də gücünü yoxlayıb.

“İstr”ın qonağı olan komanda asan qələbəyə sevinib – 3:0 (25:21, 25:17, 25:18). Bununla da “Beziers” 6 xalla 3-cü pillədəki yerini qoruyub.

“İqtisadçı”nın Çempionlar Liqasındakı rəqibi “Partizan” da Serbiya çempionatında turu qalib kimi başa vurub. Onlar mövsümün ilk matçında “Dinamo”nu darmadağın ediblər – 3:0 (25:10, 25:11, 25:19).