“Telekom” avrokubok təmsilçimizə qalib gəldi
14.10.2013 - 17:08
Yeni mövsümə hazırlaşan “Telekom” bu gün növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi CEV kubokunda çıxış edəcək “Lokomotiv”lə qarşılaşıb.
“Dəmiryolçular”ın meydanında baş tutan oyun “rabitəçilər”in qələbəsi ilə yekunlaşıb. Düzdür, matça “Lokomotiv” fəal başlayıb. Onlar hətta ilk 2 seti aktivlərinə yazmaqda çətinlik çəkməyiblər – 25:13, 25:18.
Lakin ardınca ssenari dəyişib. “Telekom”un yeni baş məşqçisi Eldar Yusubovun taktiki gedişləri görüşün taleyini həll edib. Ötən mövsüm yalnız “Lokomotiv Biləcəri”dən üstün olan komanda ardıcıl 3 seti hesabına yazmaqla qələbə qazanıb – 3:2 (13:25, 18:25, 25:18, 25:20, 15:8).
Qeyd edək ki, bundan öncə də bu klublar yoxlama matçı keçirmişdilər. İlk matçda da “Telekom” güclü olmuşdu (3:0).

0
0