“Bakıda da görüşmüşük, onu sevirəm” - MÜSAHİBƏ
17.10.2013 - 10:27
“Lokomotiv”in yeni transfer Anna Qrbaç Xorvatiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı toppaylayıcı “dəmiryolçular”a keçidindən, komandasının hədəflərindən danışıb.
- “Lokomotiv”lə müqavilə bağladığınız bildirilir. Artıq bu məsələ tam rəsmiləşibmi?
- Bəli, artıq “Lokomotiv”in üzvüyəm və müqaviləni rəsmiləşdirmişəm. Azərbaycana qayıtdığım üçün xoşbəxtəm.
- Ötən mövsüm də Azərbaycan Super Liqasında oynadız. Amma “Azərreyl”də çıxışınız ürəkaçan alınmadı...
- Düzdür, burada mövsümün gedişində müqaviləni pozduq. Son 2 ayı isə İtaliyada, “Yamamay”da çıxış etdim.
- Avropa çempionatından sonra bir müddət yerli ZOK-da çıxış etdiniz. Buna səbəb nə idi?
- Hara gedəcəyimi müəyyənləşdirməyim üçün vaxt lazım idi. Həmin vaxt da bu komandada məşq edib, formamı qorudum.
- Sizdən öncə xorvatiyalı Katarina Barun da “Lokomotiv”ə transfer olunub. Bu barədə onunla məsləhətləşmişdinizmi?
- Şadam ki, Barunla eyni komandada oynayacağam. İndiyədək ölkə xaricində xorvatiyalı voleybolçu ilə çıxış etməmişəm. Artıq Bakıda da görüşmüşük, mən onu sevirəm. İnanırıq ki, hər şey yaxşı olacaq.
- Komandanız yeni mövsümdə nəyə ümid edəcək?
- Düşünürəm ki, yeni mövsüm bizim üçün çox uğurlu olacaq. Mən özümü göstərməyə çalışacam. Qoy onlar nəticə çıxarsınlar ki, öz işimlə nəyə qadirəm.

0
0