“Bakıda açıq-saçıq, şortikdə gəzənə yaxşı baxmırlar” - MÜSAHİBƏ
17.10.2013 - 11:58
“Rabitə”nin voleybolçusu Katarjina Skovronska Polşa mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, ulduz oyunçu Bakı klubunda beynəlxalq turnirdə sınandığı yeni mövqedən və paytaxtımızdan danışıb.
- “Rabitə” yeni mövsüm üçün çox güclü heyət formalaşdırıb. Sizcə, burada kölgədə qalmayacaqsız ki?
- Bu, mənim üçün yeni bir təcrübə olacaq ki, komandamda bir neçə ölkədən legioner oynayır. Əlbəttə, bizim italiyalı baş məşqçimiz də var. Azərbaycan Super Liqasında legionerlərə limit yoxdur. Bu üzdən heyətə düşməməyim mümkün deyil. Lakin biz vahid bir komandayıq. Mən belə bir təcrübənin əleyhinə deyiləm. Bu qədər müxtəlif mədəniyyətlərin bir araya gəlməsi çox maraqlıdır.
- Yeni komandanızda sırf hücumçu kimi deyil, həm də müdafiəyə də kömək etməli olacaqsız. Bu, sizin üçün sürpriz deyil?
- Bu, baş məşqçinin ideyasıdır. Görünür, o, mənim solameyilli oynadığımı görərək, belə qərar verib. Açığı, mən də komandama lazım olmağımdan razıyam. Lakin hələ öz üzərimdə çox çalışmalıyam ki, yeni mövqeyimdə tam rahat oynayım.
- Dünyanın bir çox ölkələrində çıxış etmisiz. Azərbaycanın paytaxtı həmin şəhərlərdən nə ilə fərqlənir?
- Müsəlman ölkəsində çıxış edərkən, öyrənib əməl etməli olduğun bir sıra vacib prinsiplər var. Məsələn, bilirəm ki, Bakıda həddən artıq gecə vaxtı küçədə gəzmək olmaz. Bundan başqa, Bakıda açıq-saçıq, şortikdə gəzənə yaxşı baxmırlar.
- Azərbaycanlılar transfer bazarında ağalıq edirlər. Bakı klublarını maddi cəhətdən birinci saymaq olarmı?
- Əmin olun ki, bütün bu transferlər tam peşəkarcasına həyata keçirilir. Azərbaycan çempionatı dünyanın ən güclü liqalarından biridir. Burada hər hansı bir böhranın əlamətini görmürəm. Məsələn, İtaliyanın A seriyasındakı klublar ulduz gətirməkdə artıq bir qədər çətinlik çəkirlər. Mən hələ perspektivli idmançıyam və inkişaf üçün vaxtım var. Çünki bundan artığına nail olmaq istəyirəm.
- Qarşıdakı mövsümdə əsas hədəfiniz nədir?
- Biz Çempionlar Liqasında zəfər çalmaq arzusundayıq. Səbirsizliklə yarışın başlamasını gözləyirəm. Çünki mən heç vaxt qitənin ən möhtəşəm klub yarışının qalibi olmamışam.

0
0