Debütdə uğur arzusunda - FOTO
17.10.2013 - 14:01
Debütdə uğur arzusunda - FOTO
“Biz Çempionlar Liqasında ilk dəfə oynayacağıq. Etiraf etməliyəm ki, bunun üçün özümüzü çox bəxtəvər hiss edirik”. Apasport.az saytının məlumatına görə, bunu “İqtisadçı”nın baş məşqçisi Bülənt Karslıoğlu Avropa Voleybol Konfederasiyasına açıqlamasında deyib.

Türkiyəli mütəxəssis Çempionlar Liqasının startı öncəsi yarışa hazırlıq və hədəfləri barədə danışıb. Karslıoğlu bildirib ki, burada debüt etmələrinə baxmayaraq, yaxşı nəticəyə inanırlar: “Çempionlar Liqasında olmağımız layiqlidir. Hətta yarışda debüt etməyimizə baxmayaraq, turnirə çox yaxşı hazırlaşmışıq. Məqsədimiz yaxşı nəticələr qazanmaq olacaq”.

Qeyd edək ki, Bakı klubu Çempionlar Liqasında “Dinamo” (Moskva, Rusiya), “Pyaçentsa” (İtaliya) və “Srvena Zvezda” (Serbiya) ilə eyni qrupda yer alıb.