Çempionlar Liqasına qələbə ilə start - YENİLƏNİB
22.10.2013 - 19:18
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarından ilk olaraq mübarizəyə “Azəryol” qoşulub.
Super Liqanın gümüş mükafatçısı İtaliya “Yamamay”ını qəbul edib. Görüş Bakı klubu üçün revanş xarakteri daşıyırdı. Son mövsümdə “Azəryol”un “Dördlər finalı”na gedən yolunu Busto Arsizio təmsilçisi kəsdiyindən voleybolçularımız rəqiblərindən çətinliklə də olsa qisaslarını alıblar. Ancelo Vercesinin yetirmələri 3:2 hesabı ilə qələbə qazanıblar.
Belə ki, qarşılaşma rəqibin hücumları ilə start götürüb. Apenninlilər ardıcıl qurduğu hücumlar sayəsində “Azəryol”a çətin anlar yaşadıb. Komandamız 4 top (1:5) geri düşdükdən sonra Vercesi taym-aut götürmək məcburiyyətində qalib. Onun tapşırıqları isə yetirmələrinə kömək olub.
“Azəryol” hesabı bərabərləşdirib (7:7) ilk texniki fasiləyə 1 top geridə yollansa da, ardınca üstünlüyü ələ alıb – 11:10. Bundan sonra komandamız hətta 3 top irəli çıxmağı da bacarıb – 16:13. Lakin rəqib fərqin artmasına imkan verməyərək, yenidən oyunda tarazlıq yaradıb – 17:17.
Bərabərliyin ardınca xalaxal prinsipi ilə davam edən hissədə “Yamamay” sevinib. Əvvəl “Azəryol” önə keçib, rəqib status-kvonu bərpa edirdisə, hesab 24:24 olduqdan sonra italiyalılar daha 2 dəqiq zərbə ilə seti xeyirlərinə başa vurublar.
İkinci hissənin əvvəlləri də gərgin mübarizə şəraitində keçib. Lakin çətin mübarizədə “Yamamay” gözəl oyun nümayiş etdirib. Voleybolçularımızın top qəbulunda və blokda səhvləri rəqibin hesabda irəli çıxması ilə nəticələnib – 7:4.
Bu fərq “Azəryol”u “yuxudan ayıldıb”. Artıq öz oyununu tapan komandamız xalları sıralamağa başlayıb və ikinci texniki fasiləyə 2 xal öndə yollanıb. Bundan sonra da inamlı təsir bağışlayan Bakı təmsilçisi 25:20 hesabı ilə qələbə qazanaraq, setlərin fərqini bərabərləşdirib – 1:1.
Üçüncü setdə azarkeşlərin alqış sədaları təmsilçimizi daha da ruhlandırıb. İlk texniki fasilədə 4, ikincidə 7 xal irəlidə olan “Azəryol” hissəni 10 top irəlidə bitirib.
Dördüncü hissəyə “Yamamay” daha yaxşı başlayıb. Bunun nəticəsi olaraq, qonaqlar setdə istədikləri kimi oynayıblar. İlk texniki fasilədə 3 top irəlidə olan rəqib fərqi 9 topa kimi artırıb – 16:7.
Ardınca “Azəryol” fərqi 4 topa endirsə də (14:18), sonda italiyalılar 25:17 hesabı ilə qalib gəliblər.
Tay-brek isə komandamızın üstünlüyü ilə keçib. Setin ortalarından hesabda irəlidə olan “Azəryol” rəqibini 15:13 hesabı ilə məğlub edərək, matçın nəticəsini müəyyənləşdirib – 3:2.
Beləliklə, Ancelo Vercesinin yetirmələri Çempionlar Liqasına qələbə ilə başlayıb. Lakin bakılılar 2 xal qazansalar da, Super Liqanın startındakı kimi 1 xal itiriblər.
22 oktyabr
I tur
E qrupu
“Azəryol” (Azərbaycan) – “Yamamay” (İtaliya) - 3:2 (24:26; 25:20; 25:15; 17:25; 15:13)
Hakimlər: Mixaylo Melnik (Ukrayna), Tomas Murulo (Estoniya)
Bakı, Voleybol Mərkəzi
Qeyd edək ki, qrupumuzun digər matçında “Konegliano” (İtaliya) “Qalatasaray”la (Türkiyə) oynayacaq. Görüş sabah keçiriləcək.

0
0