“Azərreyl” üçün rumıniyalı
22.10.2013 - 10:33
“Azərreyl” üçün rumıniyalı
Qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin ilk oyunlarının hakimləri məlum olub. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası qitənin ikinci nüfuzlu yarışında mübarizə aparan “Lokomotiv”in “Brno” (Çexiya) ilə Bakıdakı görüşünü belaruslu Sergey Vaytsiakoviçə tapşırıb. Ona köməklik etmək Arzu Əmioğluna (Türkiyə) həvalə olunub.

Serbiyada “Partizan”ın qonağı olacaq “Azərreyl”i isə meydana Alina Suciu (Rumıniya) və Andreas Daniil (Kipr) dəvət edəcək.

Qeyd edək ki, hər 2 qarşılaşma oktyabrın 23-də olacaq.