Bakıya gəlib, iddialı danışdı
22.10.2013 - 15:05
Rusiyanın “Omiçka” klubu bu gün Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, Omsk təmsilçisi Çempionlar Liqasının “Rabitə” ilə ilk turunun qarşılaşmasının hazırlığını paytaxtımızda yekunlaşdıracaq.
Şimallıların baş məşqçisi Zoran Terziç Bakıya çatdıqdan sonra oktyabrın 24-dəki oyun ərəfəsində komandanın durumunu dəyərləndirib: “Omiçka” hazırda əla durumdadır. Bütün oyunçularımız görüşə tam hazırdır və güclü rəqiblə “döyüşmək” iqtidarındadır. “Rabitə”nin güclü olmasına baxmayaraq, yalnız qələbə üçün oynamağı nəzərdə tutmuşuq”.
Qeyd edək ki, “Omiçka” 2013/2014 mövsümündə 14 oyundur uduzmur.

0
0