Qələbəmizin memarı
22.10.2013 - 19:39
Qələbəmizin memarı
Çempionlar Liqasının ilk turunda “Azəryol” (Azərbaycan) – “Yamamay” (İtaliya) görüşünün ən çox xal toplayan voleybolçusu məlum olub. Apasport.az saytının məlumatına görə, 3:2 hesabı ilə qələbə qazandığımız oyunun bombardiri Adina Əliyeva olub.

Hücumçumuz Busto Arsizio təmsilçisindən nə az, nə çox – 28 xal almağı bacarıb. Ancelo Vercesinin digər yetirmələrinə gəlincə, Polina Rəhimova, Çyara di Yulio 13, Kseniya Kovelenko 12, Anneris Varqas 9, Yuside Sillie 4, Yana Ağayeva 2, Cessika Consla Natəvan Qasımova hərəyə 1 xal toplayıblar.

Rəqibin heyətində isə İlariya Spiroto daha məhsuldar olub. O, komandasının aktivinə 24 xal yazıb.