Elvin İsayev: Vətənə medalla dönməyə çalışacam
22.10.2013 - 20:22
“İrlandiyalı Şon Makkomb yaxşı boksçudur. Həm də boyca məndən hündür idi deyə, bir qədər çətin idi. Amma yaxşı ki, görüşü öz xeyrimə başa vura bildim”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin boksçusu Elvin İsayev (60 kq) deyib.
Qazaxıstanda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanan həmyerlimiz bu uğurun davamını gətirməyə çalışacağını bildirib: “1/4 finalda təcrübəli italiyalı Domeniko Valentino ilə qarşılaşacam. O, hələ 2009-cu ildə dünya çempionu olub. Düzdür, indiyə qədər Valentino ilə görüşməmişəm. Amma onun döyüş tərzini təhlil etmişəm. Bu qarşılaşmada qalib gəlsəm, medalı özümə təmin edəcəm. Odur ki, əlimdən gələni edəcəm ki, Qazaxıstandan vətənə medalla dönüm”.

0
0