Rəqiblərimizin duelində “Dinamo” qalib gəldi
22.10.2013 - 21:01
Çempionlar Liqasında “İqtisadçı”nın yer aldığı B qrupunda digər cütün oyunu başa çatıb. Apasport.az saytının məlumatına görə, Moskvada İtaliya çempionu “Pyaçentsa”nı qəbul edən “Dinamo” 3:1 hesabı ilə qələbə qazanıb.
İlk hissədə qalib gələn paytaxt təmsilçisi ardınca üstünlüyü əldən versə də, yekunda sevinən tərəf olub – 3:1 (25:21, 25:27, 25:23, 25:19).
Qeyd edək ki, bu dəqiqələrdə “Srvena Zvezda” (Serbiya) – “İqtisadçı” matçı davam edir. Komandamız 2:0 hesabı ilə öndədir.

0
0