“İqtisadçı”nın debüt sevincində bombardiri bilindi
22.10.2013 - 21:41
“İqtisadçı”nın debüt sevincində bombardiri bilindi
Çempionlar Liqasında debüt edən “İqtisadçı”nın qələbəsinin qəhrəmanı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Belqradda “Srvena Zvezda”ya 3:0 hesabı ilə qalib gələn Bakı təmsilçisinin bombardiri Manon Flier olub.

Hollandiyalı legionerimizin 15 zərbəsi dəqiq olub. Digər voleybolçularımızdan - Vilavan Apinyaponq 14, Onuma Sittirakla Pleumjit Zinkaov hərəyə 8, Ma Yun Ve 5, Kiuyue Vey 4, Li Çanq 3 və Kim Vilouqbi 1 xala sevinib.

Rəqibin heyətində isə Lyubiça Keçman fərqlənib. O, 13 xal toplayıb.