Kapitandan qələbə şərhi
23.10.2013 - 09:10
“İqtisadçı”nın kapitanı Vilavan Apinyaponq Çempionlar Liqasının ilk turunda “Srvena Zvezda” ilə oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, tailandlı legioner Bakı təmsilçisinin debüt matçında 3:0 hesablı qələbəsini yüksək qiymətləndirib.
Apinyaponq növbəti oyunlarda bundan daha yaxşı çıxış edəcəklərini də bildirib: “Srvena Zvezda” gənclərdən təşkil olunan komandadır. Lakin buna baxmayaraq, onlar mümkün qədər yaxşı təsir bağışlamağa çalışdılar. Üstəlik, biz də çox səhvlər buraxdıq. Buna səbəb tam heyətlə cəmi 2 məşq keçməyimiz idi. Amma ümid edirəm ki, qarşıdakı matçlarda yaxşı oynayacağıq”.

0
0