“Srvena Zvezda”nın oyunçusu Bakı klubundan danışdı
23.10.2013 - 09:15
“Srvena Zvezda”nın oyunçusu Bakı klubundan danışdı
“İkinci və üçüncü setlərdə oyunda dönüş yaratmaq şansımız oldu. Lakin bu imkandan yararlana bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu Çempionlar Liqasının ilk turunda “İqtisadçı” ilə matçdan sonra “Srvena Zvezda”nın voleybolçusu Lyubiça Keçman deyib.

Komandasının heyətində ən yaxşı olan oyunçu məğlubiyyətin səbəbini də açıqlayıb: “Biz uduzduğumuz üçün çox təəssüflənirik. “İqtisadçı” bizi yalnız təcrübəsi hesabına məğlub etdi. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik. Hətta belə güclü qrupda xal qazanacağımıza da ümid edirəm”.

Qeyd edək ki, “İqtisadçı” matçı 3:0 hesablı qələbə iə başa vurub.