“Azərreyl” “Partizan”la bacarmadı - YENİLƏNİB
23.10.2013 - 23:09
“Azərreyl” “Partizan”la bacarmadı - YENİLƏNİB
“Azərreyl” voleybol klubu CEV kubokuna start verib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Serbiyada “Partizan”ın qonağı olub.

Matç gözlənilən kimi gərgin keçib. Hazırda yaxşı formada olan Belqrad təmsilçisi ev oyununu qələbə ilə başa vurub.

Belə ki, matç Aleksandr Çervyakovun yetirmələri üçün yaxşı başlamayıb. Ardıcıl 2 setdə məğlub olan voleybolçularımız ardınca bunun əvəzini çıxsalar da, tay-brekdə rəqib sevinib.

Cavab matçı oktyabrın 31-də olacaq.


CEV kuboku
1/16 final mərhələsi, ilk oyunlar
23 oktyabr


“Partizan” (Serbiya) – “Azərreyl” (Azərbaycan) - 3:2 (25:20, 25:15, 18:25, 22:25, 16:14)
Hakimlər: Alina Suciu (Rumıniya), Andreas Daniil (Kipr)
Belqrad, İdman Sarayı