“Bütün qızlardan razı qaldım” - FOTO
23.10.2013 - 10:59
“Bütün qızlardan razı qaldım” - FOTO
“Çox ağır oyun oldu. Çünki ilk setdəki qələbəyə baxmayaraq, ciddi çətinliklərlə üzləşdik. Xüsusilə, hücumda problemlər yaşadıq”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Yamamay” klubunun baş məşqçisi Karlo Parisi deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasında “Azərreyl”ə 2:3 hesablı məğlubiyyəti şərh edib: “5 set mübarizə aparıb, sonda məğlub olmaq üzücüdür. Lakin bu bizim ilk matçımız idi, çox çətin sınaq oldu. Hələ qarşıda uzun marafon var. Biz daha çox məşq etməliyik və komandada uyğunlaşmanı daha yüksək səviyyəyə çatdırmalıyıq. Yoanna Voloşla Marika Biançini heç də ən yaxşı oyununu keçirməsələr belə komandaya böyük fayda verdilər. Ümumilikdə bütün qızlardan razı qaldım. Çünki onlar bacarıqlarını ortaya qoydular”.