Bakıdan üzgün getdi
23.10.2013 - 12:09
“Məğlub olduğumuz üçün çox üzgünəm. Biz öz ən yaxşı oyunumuzu nümayiş etdirə bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu Çempionlar Liqasının ilk turu çərçivəsində “Azəryol”a uduzan “Yamamay” klubunun voleybolçusu İlariya Qarzaro deyib.
19 xal toplayaraq İtaliya klubunun heyətində məhsuldarlığına görə ikinci olan oyunçu Bakıdan məğlub qayıtmalarının səbəblərini açıqlayıb: “Düzdür, ümumilikdə heç də pis oynamadıq. Biz indiki templə hazırlığı davam etməliyik. Komandada müəyyən çatışmazlığın olması hiss olunur. Onları aradan qaldırmalıyıq”.
Qeyd edək ki, Voleybol Mərkəzində baş tutan matçda “Azəryol” 3:2 hesabı ilə qalib gəlib.

0
0