“Bakıda çox gözəlliklər gördük”
23.10.2013 - 13:30
“Bakıda çox gözəlliklər gördük”
“Azəryol”a qarşı matç bizim mövsümdə ilk oyunumuz idi. Bu qədər yeni oyunçu ilə, özü də Azərbaycan kimi uzaq ölkəyə səfərdən sonra çox çətin idi”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Yamamay” voleybol klubunun direktoru Massimo Aldera deyib.

Apenninli voleybolçu Çempionlar Liqasının qrup mərhələsinin Bakıda “Azəryol”a qarşı keçirilən oyunu haqda fikirlərini açıqlayıb.

Aldera 2:3 hesabı ilə uduzduqları qarşılaşmadan o qədər də narazı qalmayıb: “Azərbaycandakı oyunlar həmişə ağır olur. Biz Bakıda çox gözəlliklər gördük. Amma nəticəyə görə əhval-ruhiyyəmiz o qədər də müsbət deyil. Ümumilikdə isə İtaliyaya xoş təəssüratlarla dönürük. Çünki bu matç bizə necə və nəyin üzərində çalışmalı olduğumuzu göstərdi. Yəqin ki, tam heyətlə hazırlıqlar keçdikdən sonra oyun səviyyəmiz də yüksələcək. Çünki “Azəryol”la qarşılaşma komandamızdakı potensialı göstərdi. Bunu tam ortaya qoymaq üçün isə səbirlə yolumuza davam etməliyik”.