“Hapoel”in Bakıya gəlmək şansı yarandı
24.10.2013 - 09:50
“Hapoel”in Bakıya gəlmək şansı yarandı
CEV kubokunda “Lokomotiv”in potensial rəqibləri ilk matçlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” mərhələ keçəcəyi halda qarşılaşa biləcəyi “Hapoel” (Kfar Saba, İsrail) və “Poreç” (Xorvatiya) klubları münasibətlərinə aydınlıq gətiriblər.

İsraildə baş tutan qarşılaşmada ev sahibləri inamlı qələbə qazanıblar: 3:1 (25:21, 24:26, 25:22, 25:18). Komandalar cavab matçını oktyabrın 30-da keçirəcəklər.

Qeyd edək ki, “Lokomotiv” ilk matçını 3:0 hesablı qələbə ilə başa vurub. “Azərreyl”in potensial rəqibləri – “Olomouts” (Çexiya) – “Askö” (Avstriya) bu gün oynayacaqlar.