Qurbanova və Buliç hamını qabaqladı
24.10.2013 - 13:05
Qurbanova və Buliç hamını qabaqladı
CEV kubokunun 1/16 final mərhələsində “Partizan” (Serbiya) – “Azərreyl” (Azərbaycan) matçında ən çox xal toplayan voleybolçuların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Belqradda 2:3 hesabı ilə uduzduğumuz qarşılaşmada xüsusi fərqlənən olmayıb.

Belə ki, rəqibin heyətində Sladana Buliç, “Azərreyl”də Anastasiya Qurbanova məhsuldarlıq nümayiş etdirib. Onların hər ikisi 19 xal toplayıb. Aleksandr Çervyakovun digər yetirmələrindən Yekaterina Jidkova 16 və Dusanka Kariç 10 xala sevinib.

Qeyd edək ki, komandalar arasında cavab matçı oktyabrın 31-də olacaq.