Kapitanın Bakı şikayəti - FOTO
24.10.2013 - 15:52
“Biz oyunun nəticəsindən çox məyus olduq. Lakin bu qrupda uğurla çıxış edib, növbəti mərhələyə yüksələcəyik”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Yamamay” klubunun kapitanı Françeska Markon deyib.
Təcrübəli voleybolçu Çempionlar Liqası çərçivəsində “Azəryol”ə 2:3 hesabı ilə uduzduqları oyundan danışıb: “Bu rəqiblə başabaş mübarizə aparmaq gücündəyik. İtaliyadakı qarşılaşmada “Azəryol”u məğlub edə bilərik. Bakıdakı qarşılaşmanın müəyyən anlarında gözəl oyun göstərmədik. Amma sonadək mübarizə apardıq. Hakimlərin, xüsusilə də xətt hakimlərinin səhvləri hesaba təsir etdi. Biz əvvəlcədən bilirdik ki, burada oynamaq çətin olacaq və müəyyən problemlərin yaranması istisna deyil”.

0
0