İranlı voleybolçunun hicaba görə Bakı klubuna keçidi alınmayıb
24.10.2013 - 17:36
İranın voleybol üzrə qadınlardan ibarət yığmasının komandasının üzvü Azərbaycanda oynamaqdan imtina edib. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, buna səbəb ölkə çempionatımızın qaydalarının oyunçulara hicabdan istifadəyə icazə verməməsidir.
İranın millisinin oyunçusu Maidə Bürhani bildirib ki, Azərbaycan Super Liqasında mübarizə aparan klublardan biri onu öz heyətinə qatmaq istəyib: “Mən əsas şərt kimi örtüklə çıxış etməyimi qoymuşdum. Ancaq Azərbaycan çempionatının qaydaları buna icazə vermir. Ona görə də mənim Super Liqada çıxış etməyim mümkün deyil. Bu baxımdan məsələ ilə bağlı razılıq əldə olunmadı”.
Qeyd edək ki, İran yığması avqustda Bakıda təlim-məşq toplanışında olub.

0
0