“İlk qələbə həmişə çox şirin olur”
25.10.2013 - 08:11
“İlk qələbə həmişə çox şirin olur”
“Omiçka” üzərində qələbə qazanmağımıza görə çox şadam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rabitə”nin voleybolçusu Sanya Staroviç deyib.

Serbiyalı legioner Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun “Omiçka” ilə oyunu haqda fikirlərini açıqlayıb. Komandasını beynəlxalq miqyaslı oyuna ilk dəfə kapitan kimi çıxaran Sanya Rusiya təmsilçisi üzərində 3:2 hesablı qələbədən məmnun qalıb: “İstənilən yarışda əldə olunan ilk qələbə həmişə xüsusi və çox şirin olur. Əminəm ki, qarşıdakı matçlarda bu dəfəkindən də yaxşı oyun göstərəcəyik. Mövsümün gedişində oyun keyfiyyətimizi artırıb irəliləyəcəyik”.