Ancolino Friqoni: Fərqli nəticə də qeydə alına bilərdi
25.10.2013 - 08:21
“Bu bizim Çempionlar Liqasında ilk oyunumuz idi. Deyə bilərəm ki, komandam kifayət qədər maraqlı və yaxşı tamaşa nümayiş etdirdi”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Ancolino Friqoni deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının ilk turunda “Omiçka” ilə matçı şərh edib. O bildirib ki, görüş çətin alınsa da, sonda qalib gəlmələri yaxşı start olub: “Oyunda bir az fərqli nəticə də qeydə alına bilərdi. Lakin qələbə elə qələbə olaraq qalır. Rusiya komandası çox güclü çıxış etdi”.
Qeyd edək ki, “Rabitə” Bakıda analoji yarışda debüt matçına çıxan “Omiçka”ya 3:2 hesabı ilə qalib gəlib.

0
0