“Olomouts” Bakı klubuna rəqib ola bilər
25.10.2013 - 08:50
“Olomouts” Bakı klubuna rəqib ola bilər
CEV kubokunda “Azərreyl”in potensial rəqibləri ilk matçlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” 1/8 final mərhələsinə yüksələcəyi halda qarşılaşa biləcəyi “Olomouts” (Çexiya) və “Askö” (Avstriya) klubları münasibətlərinə aydınlıq gətiriblər.

Çexiyada təşkil olunan oyunda ev sahibləri çox asan qələbə qazanıblar: 3:0 (25:10, 25:13, 25:12). Komandalar ikinci matçını oktyabrın 31-da keçirəcəklər.

Qeyd edək ki, “Azərreyl” ilk matçında “Partizan”a 2:3 hesabı ilə uduzub.