Natalya Məmmədova Bakı səfərindən danışdı
25.10.2013 - 08:52
Natalya Məmmədova Bakı səfərindən danışdı
Azərbaycan milli komandasının voleybolçusu Natalya Məmmədova Bakıda ilk dəfə qonaq kimi meydana çıxıb. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Omiçka” klubunun 29 yaşlı hücumçusu Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Rabitə”yə qarşı matçda forma geyib.

Natalya əvvəllər formasını geydiyi Azərbaycan çempionu ilə matçdan sonra oyun haqda qısa fikirlərini açıqlayıb: “Oyun çox gərgin keçdi. Bu qarşılaşma meydanda olanların hamısından çox enerji tələb etdi”.

Qeyd edək ki, “Rabitə” rəqibini 5 setdə məğlub edib – 3:2.