“İqtisadçı”dan əzmkar qələbə - YENİLƏNİB
29.10.2013 - 20:15
“İqtisadçı”dan əzmkar qələbə - YENİLƏNİB
Azərbaycan Super Liqasının gümüş mükafatçısı “İqtisadçı” bu gün Çempionlar Liqasında növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, “universitet komanda”sı Moskva “Dinamo”sunu qəbul edib.

Voleybol Mərkəzində baş tutan qarşılaşmada qrupun vahid lideri müəyyənləşib. Belə ki, ilk turda 3 xal qazanan komandaların duelində B qrupundakı şərikli liderliyə son qoyulub.

Görüş gözlənildiyindən gərgin alınıb. Belə ki, ilk setdə uduzan bakılılar ardından hesabda tarazlıq yaradıb. 3-cü hissəni yenə uduzan təmsilçimiz yenidən bərabərlik setini əldə edib. Bu, qalibin tay-breykdə müəyyənləşməsi anlamına gəlib. Həlledici hissədə isə “İqtisadçı” çətin qələbə qazanıb – 15:13. Bununla da təmsilçimiz turnir cədvəlində vahid liderliyə yüksəlib.


B qrupu
“İqtisadçı” – “Dinamo” (Moskva, Rusiya) - 3:2 (23:25; 25:21; 19:25; 25:23; 15:13)
Hakimlər: Şlomo Brutman (İsrail), Nurper Özbar (Türkiyə)
Bakı, Voleybol Mərkəzi

İqtisadçı
2
2
0
6-2
182-161
5
Dinamo
2
1
1
5-4
207-197
4
Pyaçentsa
1
0
1
1-3
90-100
0
Srvena Zvezda
1
0
1
0-3
54-75
0