“Lokomotiv” 1/8 finalda! - YENİLƏNİB
29.10.2013 - 22:02
Bu gün “Lokomotiv” CEV kubokunda 1/16 final mərhələsinin cavab oyunu keçirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” ilk matçda darmadağın etdikləri “Brno”nun qonağı olublar.
Kladio Kuellonun yetirmələri cütün aşkar favoriti olduğundan Çexiyada da çətinlik çəkmədən qələbə qazanıblar. Əsasən gənclərə güvənən rəqib yenə 1 setə belə sevinə bilməyib – 0:3.
Belə ki, ilk dəqiqələrdən üstünlüyə yiyələnən “Lokomotiv” birinci setin hər 2 texniki fasiləsinə öndə çıxıb. Bunun nəticəsi olaraq, komandamız sonda 4 top fərqi ilə qalib gəlib – 25:21.
İkinci hissə də voleybolçularımızın üstünlüyü şəraitində keçib. Düzdür, setin axırlarında rəqib fəallaşıb və top fərqini azaldıb. Lakin yekunda sevinən tərəf yenə “Lokomotiv” olub – 25:22.
Üçüncü setdə də rəqib məğlubiyyətdən qaça bilməyib. Bu dəfə 25:20 hesabı ilə qələbə qazanan Bakı təmsilçisi matçın hesabını müəyyənləşdirib – 3:0.
Beləliklə, “Brno”ya hər 2 matçda darmadağınla qalib gələn “Lokomotiv” 1/8 finala yüksəlib. Çexlər isə mübarizəni “Çelenc Cup”da davam etdirəcəklər.
CEV kuboku
1/16 final mərhələsi, cavab oyunu
29 oktyabr
“Brno” (Çexiya) – “Lokomotiv” (Azərbaycan) - 0:3 (21:25, 22:25, 20:25)
Hakimlər: Hari Salabaşyan (Bolqarıstan), Darius Meska (Rumıniya)
Brno, Vodova İdman Sarayı
İlk oyun: “Lokomotiv” – “Brno” - 3:0 (25:20, 25:12; 25:17)
Qeyd edək ki, “Lokomotiv”in rəqibi sabah bilinəcək. Komandamız “Hapoel” (Kfar Saba, İsrail) - “Poreç” (Xorvatiya) cütünün güclüsü ilə qarşılaşacaq. İlk matç israillilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

0
0