Bakıdan bombardir kimi qayıdan rusiyalı - FOTO
30.10.2013 - 00:00
Bakıdan bombardir kimi qayıdan rusiyalı - FOTO
Çempionlar Liqasının II turu çərçivəsində keçirilən “İqtisadçı” - “Dinamo” matçında ən çox xal toplayan voleybolçuların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Moskva klubu üzərində əzmkar qələbə qazansa da (3:2), qarşılaşmanın bombardiri Natalya Obmoçayeva olub. Rusiyalı voleybolçu “tələbələr”dən 27 xal alıb.

“İqtisadçı”nın isə yenə ən məhsuldar oyunçusu Manon Flier olub. Hollandiyalı legionerimiz “Srvena Zvezda” ilə matçda olduğu kimi bu dəfə də komandada hamıdan çox xal toplayıb. Flier paytaxtımızda baş tutan qarşılaşmada 24 dəqiq zərbə vurub. Digər voleybolçularımızdan - Vilavan Apinyaponq 16, Pleumjit Zinkaov 14, Ma Yun Ve 12, Onuma Sittirak 7, Kiuyue Veylə Kim Vilouqbi hərəyə 3, 4, Li Çanq və Valentina Serena hərəyə 2 xala sevinib.