“Beziers” – “Rabitə” matçından öncə 1 dəqiqəlik sükut
29.10.2013 - 23:29
“Beziers” – “Rabitə” matçından öncə 1 dəqiqəlik sükut
“Rabitə” voleybol klubunun təşəbbüsü ilə Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasının 20-ci ildönümü Fransada yad olunub. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin Avropa Voleybol Konfederasiyasına rəsmi müraciətindən sonra beynəlxalq qurum “Beziers”lə matçın 1 dəqiqəlik sükutla başlamasına icazə verib.

Nəticədə Çempionlar Liqasının ikinci turu çərçivəsində oyunun startından 10 dəqiqə öncə Adge İdman Sarayında Zəngilanın işğalı yad edilib.

Qeyd edək ki, qarşılaşmanı Azərbaycanın Fransadakı konsulu da canlı izləyir.