Azərbaycan çempionunun avstraliyalısı hamıdan öndə
30.10.2013 - 01:25
“Rabitə”nin Çempionlar Liqasının II turunda qələbəsinin memarı bəlli olub. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin “Beziers”ə (Fransa) səfərdə 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın qəhrəmanı Reyçel Rurk olub.
Belə ki, avstraliyalı legionerimiz Super Liqanın qalibinə 21 xal qazandırıb. Ancolino Friqoninin digər yetirmələrindən Aurea Kruz 11, Nataşa Krsmanoviç 9, Dora Horvat 4, Britni Kuperlə Kersti Cekson hərəyə 3, Nutsara Tomkomla Brenda Kastillo hərəyə 2 və Sanya Staroviç 1 xal toplayıb.
Rəqibin heyətində isə Yelena Şleç fərqlənib. Onun 15 zərbəsinin qarşısıalınmaz olub.

0
0