“Azəryol” “Qalatasaray”la bacarmadı - YENİLƏNİB
31.10.2013 - 00:39
“Azəryol” “Qalatasaray”la bacarmadı - YENİLƏNİB
“Azəryol” Çempionlar Liqasında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Super Liqanın gümüş mükafatçısı “Yamamay”la çətin matçdan sonra “Qalatasaray”la münasibətinə aydınlıq gətirib.

Görüşün yekununda rəqib qələbə qazanıb. Transferlərə daha çox pul xərcləyən istanbullular “Konegliano”ya məğlubiyyətin əvəzini məhz Bakı klubundan çıxıblar.

Belə ki, ilk seti 2 top öndə bitirən rəqib ikinci hissəni 4 top fərqi ilə udub. Ardınca “Azəryol” özündə güc taparaq, setlərin fərqlini azaldıb – 1:2. Lakin komandamızın gücü bundan artığına çatmayıb. Üçüncü hissədə də məğlub olan Ancelo Vercesinin yetirmələri Türkiyəni xalsız tərk ediblər.

Beləliklə, II turdan sonra “Azəryol” üçüncü yerə enib.


30 oktyabr
E qrupu

“Qalatasaray” (Türkiyə) – “Azəryol” (Azərbaycan) - 3:1 (25:23, 25:21, 27:29, 25:22)
Hakimlər: Georgios Karampetsos (Yunanıstan), Blaz Markelj (Sloveniya)
İstanbul, Burhan Fələk Voleybol Salonu

Konegliano
2
2
0
6-3
205-189
5
Qalatasaray
2
1
1
5-4
214-203
4
Azəryol
2
1
1
4-5
201-201
2
Yamamay
2
0
2
3-6
176-203
1


Qeyd edək ki, “Konegliano” II turda “Yamamay”a qalib gəldikdən sonra qrup liderliyinə yüksəlib.