“Bakıdakı oyuna görə üzr istəyirəm”
30.10.2013 - 11:06
“Bakıdakı oyuna görə üzr istəyirəm”
“Bakıda pis oyun oldu. Mən isə böyük ölçüdə bərbad oynadım”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Rusiyanın “Dinamo” klubunun voleybolçusu Tatyana Koşelevaya aiddir.

Moskva təmsilçisinin kapitanı Çempionlar Liqasının qrup mərhələsinin II turunun Bakıda “İqtisadçı”ya qarşı görüşündən üzgün ayrılıb. Komandasının 2:3 hesabı ilə uduzduğu görüşdə hakimə etiraz etdiyi üçün qırmızı vərəqə alan Tatyana matç haqda fikirlərini “Twitter” səhifəsində bölüşüb: “Hakim mənə kimin səhv etdiyini soruşduğum üçün qırmızı vərəqə verdi. Mən çox pis oynadım. Buna görə də azarkeşlərimizdən üzr istəyirəm. Səhvimi düzəldəcəyimi söz verirəm”.