“Hapoel”in Bakıya gələcəyi dəqiqləşdi
31.10.2013 - 09:25
CEV kubokunda “Lokomotiv”in rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” 1/8 final mərhələsində İsrailin “Hapoel” (Kfar Saba) klubu ilə qarşılaşacaqlar.
Kfar Saba təmsilçisi bundan öncəki mərhələdə “Poreç”i (Xorvatiya) mübarizədən kənarlaşdırıb. Belə ki, evdə 3:1 hesabı ilə qalib gələn “Hapoel” səfərdə də xorvatlardan üstün olub – 3:2 (16:25, 25:21, 12:25, 25:20, 15:12).
1/8 final mərhələsinin ilk oyunları dekabrın 3-5-də, cavab matçları 1 həftə onra olacaq. “Lokomotiv” birinci görüşünü evdə keçirəcək.
Qeyd edək ki, “Lokomotiv” 1/16 final mərhələsində “Brno”dan (Çexiya) üstün olmuşdu.

0
0