İstanbulda da “Azəryol”a qənim kəsildi - FOTO
31.10.2013 - 09:54
Çempionlar Liqasının II turu çərçivəsində keçirilmiş “Qalatasaray” – “Azəryol” oyununda ən çox xal toplayan voleybolçuların adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Türkiyə klubunun 3:1 hesabı ilə qalib gəldiyi görüşdə bombardir rəqib oyunçu olub.
Belə ki, ötən mövsüm “Rabitə” ilə Azərbaycan çempionu olan Madelayne Montano bu dəfə İstanbul təmsilçisinin heyətində “Azəryol”a qənim kəsilib - 22 xal.
“Azəryol”da isə ən çox xal toplayan Odina Əliyevadır. Yığmamızın üzvünün 21 zərbəsi qarşısıalınmaz olub. Digər voleybolçularımıza gəlincə, Polina Rəhimova 15, Cessika Consla Kseniya Kovalenko hərəyə 11, Çyara di Yulio 10, Yuside Sillie 2 və Anneris Varqas 1 xal yığıb.

0
0