“Qalatasaray”ın baş məşqçisi “Azəryol”dan danışdı
31.10.2013 - 10:02
“Qalatasaray”ın baş məşqçisi “Azəryol”dan danışdı
“Qalatasaray” voleybol klubunun baş məşqçisi Massimo Barbolini “Azəryol”la matçdan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, italiyalı 3:1 hesabı ilə qalib gəldikləri görüşdə komandasından razı qalıb.

Türkiyə millisinin də baş məşqçisi olan Barbolini bildirib ki, “Azəryol”la matçda xal itirmək planlarına daxil deyilmiş: “Komandam özünün ən yaxşı oyun keyfiyyətini nümayiş etdirdi. Bunun nəticəsi olaraq, inamlı qələbə qazandıq. Çünki 3 xal qazanmaq bizə çox vacib idi”.

Qeyd edək ki, “Qalatasaray” – “Azəryol” qarşılaşmasından sonra istanbullular turnir cədvəlində 2-ci pilləyə yüksəldiyi halda, “Azəryol” 3-cü yerə düşüb.